• Ana səhifəyə qayıt
  • Close

Haqqımızda

Haqqımızda

Aralıq dənizi və Azərbaycanın cənub bölgəsindən ilham alaraq ZEST Lifestyle Café menyusu tərtib edilmiş və sağlam qidalanmanın əhəmiyyətini özündə vurğulayır. Menyunun “Top Hit” listini təşkil edən “COD FATHER”, “POWERFUL PENNE”, “ZEST BURGER” və bütün digər yeməklər yalnız təbii meyvə, tərəvəz və bitkilərdən hazırlanır. Bura hər bir vegetarian üçün də əla bir məkandır, çünki nahar üçün hazırlanmış faydalı salatlar onu daha çox yeməyə sövq edəcəkdir. Zest - limonun qabığı özü də bir inqredient olaraq yeməklərin, həmçinin kafenin ən çox sifariş edilən “ZEST” limonadının hazırlanmasında istifadə olunur. ZEST sağlam həyat tərzi sürən və kulinariya, incəsənət və dekora güclü marağı olan hər kəs üçün ideal bir yerdir.

       İnteryer və işıqlandırma üçün isə məşhur Blue Sky Hospitality şirkətindən olan dizayner Henry Chebaane, Mayami  Cənubi Çimərliyindən, Sidney Bondi Çimərliyindən və Azərbaycanın cənub subtropik bölgəsi olan Lənkəran sitrus meşələrindən ilham almışdır. Kafenin 8,5 metr hündürlüyündə olan ən böyük tavanı “VITAMIN SPRITZ” adlanan, 101 ədəd kiçik kürəciklər və 2500 sarı,narıncı rənglərin ahəngindən ibarət işıqkeçirən çubuqlardan ibaret cəlbedici sənət əsəri olub, onu bütün gün ərzində gözəl bir sinoqrafiya tək işıqlandırır.

        İkinci daha böyük qurğu isə  “DUCK MARMALADE” adlanan, 250 ədəd rezindən hazırlanmış narıncı rəngdə şıltaq və şirin ördəklərin 11 metrlik ağ mərmər hovuzun içərisində üzməsidir.  

        Bütün gün ərzində səhər, günorta və axşam yeməyi üçün açıq olan ZEST Lifestyle Café masaların mətbəxin açıq hissəsindən yeməklərin hazırlanmasının ekskluziv görüntüsünü təmin edən  gündəlik premium yemək məkanıdır.

        İşə gedərkən kafenin yanından keçərək əla qəhvə və sobadan təzə çıxmış şirniyyatlardan almaqla özünüzlə aparıb gününüzə uğurla başlayın.

 

  • Ana səhifəyə qayıt
  • Bağla

Əlaqə

JW Marriott Absheron Baku otelinin birinci mərtəbədə yerləşir 674, Azadlıq pr. Bakı AZ1010 Azərbaycan